“Manchester City” – “Arsenal” matçında iz buraxan statistika

Bakı, 23 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqasının “Manchester City“(Mançester Siti) – “Arsenal” matçında qonaq komandanın futbolçuları Kai Havertz ve Jurrien Timber dəqiq ötürmə etmədən görüşü başa vurublar.

Sporaz.tv məlumat verir ki, Premyer Liqada möhtəşəm oyunda “Manchester City” və “Arsenal” üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşma matçında “Arsenal”-ın qollarını Riccardo Calafiori Gabriel, “Manchester City”-nin qollarını isə Erling Haaland və Con Stounz vurub.

Qonaq komandanın heyətində Leandro Trossard 45+8-də ikinci sarı vərəqə gördüyü üçün qırmızı vərəqə alıb.

Matçın ikinci yarısını 10 nəfərlə keçirən “Arsenal”, uzun müddət hesabı qoruyub saxlaya bilsə də, əlavə vaxtda qol buraxaraq meydanı 1 xalla tərk edib.

“Arsenal”-ın müdafiəçilərindən Jurrien Timber və komandanın hücumçusu Kai Havertz, maraqlı statistika ilə çıxış ediblər. Hər iki futbolçu matçı dəqiq ötürmə etmədən başa vurub. Timber 6 cəhddə, Havertz isə 5 cəhddə uğursuz olub.

“Arsenal”-da Kai Havertz 90 dəqiqə meydanda qalarkən, 90+2-də Timber yan tərəfə keçdi. Havertz, Premyer Liqa tarixində son 7 mövsümdə 90 dəqiqə meydanda qalan və ötürmə edə bilməyən ilk oyunçu olub.

Leave a Reply