Bakı, 6 noyabr, Sporaz.tv
Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Sporting Lizbon” Manchester City (Mançester Siti)-ni qəbul edib.
Sporaz.tv xəbər verir ki, matç 4:1 hesabı ilə “Sporting”-in xeyrinə başa çatıb. Manchester City (Mançester Siti) 4-cü dəqiqədə Fodenin qolu ilə önə keçib. “Sporting”-in qapıçısı Gyökeres 38, 49 və 81-ci dəqiqələrdə 3 qol vurub. “Sporting”-in digər qoluna isə 36-cı dəqiqədə Araujo imza atıb.
Bu nəticə ilə Manchester City (Mançester Siti) Nəhənglər Liqasında 7 xalda qalıb. “Sporting” isə xalını 10-a yüksəltməklə, rəqibini üstələyib.
Guardiolanın komandası 6 ildə ilk dəfə ardıcıl 3 rəsmi oyunda məğlub olub.
Nəhənglər Liqasının 5-ci həftəsində “Manchester City” doğma meydanda “Feyenoord”la qarşılaşacaq. “Sporting” isə eyni həftə evdə “Arsenal”ı qəbul edəcək.