Bakı, 26 oktyabr, Sporaz.tv
“Manchester City“(Mançester Siti) Premyer Liqada “Sauthampton“-u 5-ci dəqiqədə Erling Haalandın qolu ilə 1:0 hesabı ilə məğlub edib. “Manchester” təmsilçisi, öz meydanında keçirdiyi son 52 matçda məğlub olmayıb.
Sporaz.tv məlumat verir ki, Premyer Liqanın 9-cu həftəsində “Etihad” stadionunda, “Manchester City” və “Sauthempton” komandaları qarşılaşıb.
Erling Haaland, 5-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
“Manchester City” bu qələbə ilə xallarını 23-ə yüksəldib. “Sauthempton” 1 xalda qalıb.
“Manchester City”, öz meydanında keçirdiyi son 52 Premyer Liqa matçında məğlub olmayıb.
“Manchester City”, sonuncu dəfə 2022-ci il noyabrın 12-də Premyer Liqada “Brentford”a 2:1 hesabı ilə uduzub.