Manac üçün 4 ölkədən təklif var

Bakı,10 may, Sporaz.tv

EMS Yapı Sivassporun hücumçusu Rey Manaj üçün 4 ölkə komandasından ciddi təkliflər var. Transfer qiyməti 15 milyon avro müəyyən edilən alban hücumçu üçün klub rəhbərliyi danışıqlar aparmaq istəmir.

Sporaz.tv  xəbər verir ki, Rey Manaj üçün İngiltərə Premyer Liqası, Fransa Liqa 1, İtaliya A Seriyası və Səudiyyə Ərəbistanı komandalarından təkliflər var. İndiyədək Türkiyədən heç bir komanda Rey Manaj üçün Sivasspor rəhbərliyi ilə görüşməyib.

Rey Manajın xüsusilə avrokubokların final mərhələsindəki çıxışı onun transferinə də təsir edəcək.
Gələn mövsüm avrokuboklarda iştirak etməyi hədəfləyən EMS Yapı Sivasspor, heyət quruluşu üzərində işlərə başlayıb. Baş məşqçi Bülent Uyğun da Rey Manajın transferi ilə bağlı planlar qurur.

Vüqar Alışov