“Mamah” Göztepedən İspaniyaya transfer olunub

Bakı, 11 iyul, Sporaz.tv

Göztepe“nin nigeriyalı futbolçusu Kenneth Obinna Mamah İspaniya 2-ci Liqa komandalarından biri olan “Castellon”a transfer olunub.

Sporaz.tv məlumat verir ki, Superliqada yeni mövsüm hazırlıqlarının ikinci mərhələsinə Sloveniyada başlayan “Göztepe” nigeriyalı cinah oyunçusu Kenneth Obinna Mamah ilə yollarını ayırıb. Son 2 mövsümdür sarı-qırmızılı forma geyinən 26 yaşlı futbolçu İspaniyaya yollanıb. Mamah İspaniyanın 2-ci Liqa komandası CD Castellon ilə müqavilə imzalayıb.

Klubdan verilən açıqlamada, “Oyunçumuz Kenneth Obinna Mamahın İspaniya komandalarından biri olan CD Castellon-a qəti şəkildə transferi ilə bağlı razılıq əldə olunub. Kenneth Obinna Mamaha təşəkkür edir və futbol karyerasında uğurlar arzulayırıq.”-deyə bildirib.

2022-23 mövsümünün əvvəlində İtaliya C Seriyasının “Varese” komandasının heyətindən Göztepeyə gələn Mamah, İzmir təmsilçisinin heyətində ümumilikdə 57 rəsmi yarışda forma geyinib və 10 qol vurub.

Göztəpədə Mamahdan başqa Messaoudi, Lis, Atınç, Celil, Ümit, Fıratcan, Ensar və Tugayla da yollarını ayırıblar.

Göztepe indiyə qədər xarici transferlərdə 4 futbolçu ilə müqavilə imzalayıb. Sol cinah müdafiəçisi Djalma Silva, yarımmüdafiəçi Isaac Solet, müdafiəçi Koray Günter və sağ cinah müdafiəçisi Nazım Sangaranı heyətinə qatıb. Göztəpə son olaraq “Ankara Keçiörengücü”ndə çıxış edən qapıçı Ekrəm Kılıçarslanla da prinsipial anlaşıb.