Bakı, 4 noyabr, Sporaz.tv
Verstappen Sao Paulo’daki bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Sporaz.tv xəbər verir ki, Formasiya dövrəsi başlayan kimi trasda yağış olmasa da, Haas komandanın radiosunda güclü yağışın 20 dəqiqə ərzində görünə biləcəyini bildirilib.
Sıralanma dövrələrində etdiyi qəza ilə qırmızı bayraqlara səbəb olan Stroll, 4-cü döngədə hələ birləşmə dövrəsində fırlandı və onun ön qanadı maneələrə toxunub.
O, strollun sıralamala dövrələrində etdiyi səhvlərə görə Q2-də vidalaşaraq 12-ci sırada qərarlaşıb. Verstappen cəza səbəbi ilə 5 sıra geridə başlamalı idi. O, yarışa 17-ci sıradan start götürüb.
Max Verstappen əfsanəvi çıxışı ilə yadda qalıb. O, ilk turda 7 sürücü qabaqlayaraq 17-ci sıradan 10-cu sıraya yüksəlib. O artıq 10-cu dövrədə 10 sürücü qabaqlayıb. Nəticə etibarilə Verstappen çətin keçən yarışda tarix yazaraq 17-ci sıradan 1-ci sıraya yüksəlib.
Sürücülər Çempionatında Verstappen 393 xal ilə birinci, Norris 331 xal ilə ikinci sırada qərarlaşıb.
Məhəmməd Qasımov