“Makkabi” – “Sabah” qarşılaşmasının keçiriləcəyi məkan bəlli oldu

Bakı, 5 iyul, Sporaz.tv

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi “Makkabi” (Hayfa) və “Sabah” klubları arasında keçiriləcək oyunun stadionu bəlli olub.

Yerli klubun sosial şəbəkə hesabına istinadən Sporaz.tv məlumat verir ki, matç Macarıstanın Kişvarda şəhərində yerləşən “Várkerti (Varkert)” stadionunda baş tutacaq.

Qarşılaşma iyulun 25-i, saat 21:15-da başlayacaq.