Mahir Emrelinin komandası doğma meydanda qələbə qazanıb

Bakı, 5 oktyabr, Sporaz.tv

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberg” komandası doğma meydanda “Preußen Münster“ə qalib gəlib.

Sporaz.tv xəbər verir ki, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Nürnberg” səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.