Bakı, 3 noyabr, Sporaz.tv
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberg” komandasının heyətində növbəti dəfə fərqlənib.
Sporaz.tv xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya II Bundesliqasının XI turunda keçirilən “Hamburq”la görüşün 63-cü dəqiqəsində vurulan yeganə qolun müəllifi olub.
Bununla Mahir Emreli “Nürnberg”in heyətində ardıcıl 4-cü dəfədir ki fərqlənir. Daha əvvəl IX turda “Qroyter”lə , X turda “Reqensburq”la və Almaniya Kubokunda “Hoffenhaym”la oyunlarda da qol vurmuşdur.
Qeyd edək ki, “Hamburg”la keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.