Bakı, 21 oktyabr, Sporaz.tv
“Biz bir həftə ərzində taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Çox şadam ki, qələbə qazana bildik. Qapıçımız Yan Rayxterə görə də sevinirəm. O, bir sıra matçlarda bizi xilas etdi İndi biz qələbəni bayram edə bilərik, amma sabahdan növbəti görüşə hazırlaşmalıyıq.”
Sporaz.tv xəbər verir ki, bu sözləri Almaniyanın “Nürnberg” (Nürnberq) klubunda çıxış edən Mahir Emreli “Greuther Furth”a (Qroyter) qarşı keçirilən derbi oyunundan sonra deyib. Qeyd edək ki, oyun “Nürnberg”in (Nürnberq) 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 13-cü dəqiqəsində gözəl qola imza atan oyunçu daha sonra bunları qeyd edib:
“Qol vurmaq xoşuma gəlir. Yəqin ki, karyeramda vurduğum ən gözəl qollardan biridir. Ancaq ən vacibi derbidə qazandığımız qələbədir. Belə matçlar xoşuma gəlir. Mən bir sıra derbidə oynamışam, həmişə emosiyalar olur. Bu oyunlar bir qədər fərqlidir. Azarkeşlərə qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hissdir”.