Bakı, 25 oktyabr, Sporaz.tv
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberg” (Nürnberq) komandasının heyətində Bundesliqa 2-də ikinci qolunu vurub.
Sporaz.tv xəbər verir ki, 27 yaşlı hücumçu “Regensburg”la (Reqensburq) matçın 23-cü dəqiqəsində fərqlənib.
Qeyd edək ki, Mahir Emreli IX turda “Qroyter”lə keçirilən görüşdə ilk qoluna imza atmışdı.