Bakı, 31 oktyabr, Sporaz.tv
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberg” (Nürnberq) komandasının heyətində növbəti dəfə fərqlənib.
Sporaz.tv xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya Kuboku çərçivəsində “Hoffenheim”la (Hoffenhaym) keçirilən görüşün 47-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi olub.
Qeyd edək ki, oyun “Nürnberg“in (Nürnberq) 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Mahir Emreli daha əvvəl II Bundesliqanın IX turunda “Qroyter”ə və X turunda isə “Reqensburq”a qarşı keçirilən matçlarda da fərqlənmişdi.