Bakı, 9 noyabr, Sporaz.tv
Mahir Emreli formasını geyindiyi Almaniya 2-ci Bundesliqası klubu “Nürnberg”də (Nürnberq) növbəti matçına çıxıb.
Sporaz.tv xəbər verir ki, komanda doğma meydanda “Kaiserslautern”i (Kayzerslautern) qəbul edib və matç qolsuz bərabərliklə yekunlaşıb (0:0). 27 yaşlı hücumçu oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
Beləliklə xallarını 18-ə yüksəldən “Nürnberg” (Nürnberq) turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.