Məşhur məşqçi, Ronaldonun komandasını çalışdıra bilər

Bakı, 17 sentyabr, Sporaz.tv

Milan“-la yollarını ayıran italyan baş məşqçi Stefano Piolinin, heyətində Ronaldonun da yer aldığı Al Nassr (Əl Nəssr)-la görüşdüyü iddia edilib.

Sporaz.tv xəbər verir ki, Cristiano Ronaldonun çıxış etdiyi Al Nassr (Əl Nəssr)-də məşqçi dəyişikliyi gündəmdədir.

Asiya Çempionlar Liqasına İraqın Al Shorta (Əl Şorta) komandası ilə heç-heçə başlayan və Səudiyyə Ərəbistanı Pro Liqasında 3 matçda 5 xal toplayan Al Nassr (Əl Nəssr)-də Stefano Piolinin adı gündəmə gəlib.

Xəbərdə Piolinin Səudiyyə klubu ilə qabaqcıl danışıqlar apardığı və onun baş məşqçi kimi Luis Castronu əvəzləyə biləcəyi bildirilib.

Keçən may ayında “Milan”la yollarını ayırandan sonra boş qalan italyan məşqçiyə mövsümü 6-7 milyon avroya 3 illik müqavilə təklif edildiyi bildirilib.

Leave a Reply