Məşhur basketbolçu,“Boston Celtics” klubunun ortaq sahibi ola bilər

Bakı, 10 avqust, Sporaz.tv

Dünyaşöhrətli basketbolçu Lebron CeymsBoston Celtics” klubunun ortaq sahibi ola bilər.

Sporaz.tv xəbər verir ki, 40 yaşlı oyunçunun əməkdaşlıq etdiyi “Fenway Sports Group” şirkəti satışa çıxarılan Boston təmsilçisini almaq istəyir. Lakin satış iki mərhələdən ibarət olacağı üçün səhmlərin 49 faizi 2028-ci ilə qədər saxlanılacaq.

Lebron Ceyms, karyerasını bitirəcəyi təqdirdə danışıqlar prosesində iştirak edə bilər.

Qeyd edək ki, L. Ceyms hazırda “Los-Anceles Leycers”də çıxış edir.