Məşhur adlara qanunsuz mərc əməliyyatı

Bakı, 11 noyabr, Sporaz.tv

İstanbulda qanunsuz mərc oyunları araşdırması çərçivəsində həyata keçirilən əməliyyatda aralarında Serdar Ortaç, Mehmet Ali Erbil və Batuhan Karadeniz də daxil olmaqla 16 şübhəli saxlanılıb.

Sporaz.tv məlumat verir ki, İstanbul Respublika Prokurorluğu, qeyri-qanuni mərc oynamağı təşviq etdiyi iddiası ilə əlaqədar istintaq başladılıb.

İstintaq çərçivəsində aralarında məşhur müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz və bəzi sosial media fenomenlərinin də olduğu 20 nəfər haqqında həbs qərarı çıxarılıb.

Əməliyyatı həyata keçirən polis, Ortaç və Erbillə birlikdə 16 şübhəlini saxlayıb.

Nəzarətə alınan 16 adam ədliyyəyə aparılıb. 4 şübhəlinin axtarışları davam edir.

Ədliyyə naziri, Yılmaz Tuncdan “qanunsuz mərc oynamağa təhrik” istintaqı ilə bağlı sual verilib.

Tunç: “Bütün istintaqları və hadisələri bir-bir bu cür qiymətləndirmək bizim üçün uyğun deyil. Məhkəmənin başlatdığı araşdırma var. Bu istintaq nəticəsində həbslər də baş verib. İstintaq nəticəsində insanlar üzə çıxacaq. Əgər cinayət varsa, təbii ki, buna görə də cəza tətbiq ediləcək”.- deyə bildirib.

Leave a Reply