“Məqsədimiz UEFA Konfrans liqası idi”

Bakı, 29 avqust, Sporaz.tv

Bu sözləri UEFA Konfrans Liqasının play-off mərhələsində “Zirə” – “Omonoiya” revanj matçından sonra mətbuat konfransında “Omonoia”nin baş məşqçisi Valdas Dambrauskas deyib.

Sporaz.tv xəbər verir ki, Konfrans liqasında mübarizəyə davam etdikləri üçün sevincli olan Dambrauskas matçla bağlı bunları deyib.

“Meydan sahiblərini qələbə münasibətiylə təbrik edirəm. Xarakter göstərib qələbə qazandılar. Bizim üçün yaxşı olmadı. Ümumi hesabda qələbə qazansaq da, uğurlu seriyamız qırıldı. Bir həftədə 3 oyun keçirdik. Ümumi götürəndə isə 5 görüş idi ki, qələbələri sıralayırdıq. Çox istəyirdik ki, bu uğurlu seriyanı Bakıda da davam etdirək. “Zirə” bu gün yaxşı müdafiə olundu. İlk hissədə bizim hücum planlarımızı pozdu. Onlar əsl meydan sahibi kimi çıxış etdilər. Digər tərəfdən də sevinirik çünki qarşımıza qoyduğumuz hədəfə çatdıq. Komandam Konfrans Liqasının qrupundadı”.

Bahar Rüstəm