“Mən öz futbolçumu cəzalandırsam da, nəticə dəyişməyəcək”

Bakı, 24 iyul, Sporaz.tv

ZirəUEFA Avropa Konfrans Liqasınında “Dac 1904“lə mübarizə aparacaq. Oyunda əvvəl Klubun baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sporaz.tv xəbər verir ki, 42 yaşlı mütəxəssis həm “Dac 1904″lə, həm də “Şerif”lə bağlı suallara cavab verib. 

Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Çalışacağıq ki, ilk matçdan sərfəli nəticə ilə ayrılaq. Qarşılaşmanın taleyi rəqib meydanında həll olunacaq. İnşallah ki, ilk matç istədiyimiz kimi alınar. Rəqibin baş məşqisi ispaniyalı mütəxəssisdir. Çalışacaqlar ki, daim pressinq etsinlər. Daha çox öz komandamız barəsində düşünürəm.

Rəşad Sadıqov Şeriflə olan oyundakı qırmızı kartın alınması ilə bağlı danışıb.

“Şerif”lə matç artıq arxada qalıb. Lakin Suma tək meydanda olan futbolçulara qarşı yox, özünə qarşı da yanlış hərəkət etmiş oldu. Düşünürəm ki, onun gələcək karyerası sual altına düşüb. “Zirə”də onu güclü cəza gözləmir. Çünki mən futbolçularımı cəzalandırmağı sevən məşqçi deyiləm. Yəqin ki, komanda olaraq bizi cərimə gözləyir. Mən öz futbolçumu cəzalandırsam da, nəticə dəyişməyəcək. O, bizi çətin meydanda çətin vəziyyətdə qoydu”.

Bahar Rüstəm