Bakı, 24 oktyabr, Sporaz.tv
UEFA Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda təmsilçimiz “Qarabağ“, Niderland təmsilçisi “Ajax“la qarşılaşacaq. İdman eksperti Ceyhun Sultanovun oyunla bağlı fikirlərini bizimlə bölüşdü.
Sporaz.tv müsahibəni təqdim edir:
“Nəticə deyə bilmərəm, hər bir nəticə ola bilər. “Qarabağ” elə bir komandadır ki, hər bir komandaya qarşı futbol oynaya bilər. Qarabağın bir oyun üslubu var, məncə həmin üslubundan əl çəkməyəcək. Bu da normaldır. Bundan öncəki 2 matçdakı məğlubiyyət normaldır. Avropa Liqasında zəif komanda yoxdur. Məğlubiyyətə normal yanaşmalıyıq. Bizim əsas məqsədimiz meydanda yaxşı futbol oynamaq, rəqib komandalardan bacardığımız qədər xal almaqdır. Qrupdan 1/8-ə, 1/16-ə, “play-off”a çıxmaq biraz çətin məsələdir. Amma yenə də “Qarabağ”a inamımız var. Nəticə olmasa belə, yaxşı oyuna ümid edirik. Uğurlar “Qarabağ”a!”
Bahar Rüstəm