“Mən seçimi düzgün hesab etmirəm”

Bakı, 29 oktyabr, Sporaz.tv

FİFA ənənəvi olaraq hər il verdiyi Balon D`Or mükafatını bu il də təqdim etdi. Mükafatı “Manchester City“nin yarımmüdafiəçisi Rodrigo qazandı.

Sporaz.tv xəbər verir ki, Fransanın paytaxtı parisdə keçirilən mərasimdə mükafatın Rodrigoya verilməsi futbol dünyasında səs-küyə səbəb olub. Hər kəsin mükafatı “Real Madrid”in brazililiyalı ulduzu Vinicius Juniorun qazanmasını gözləməsi qərarın etrazla qarşılanmasına gətirib çıxardı. Mükafatın ona verilməyəcəyini öyrənən Vinicius JR və “Real Madrid” rəsmiləri mərasimi boykod edərək tədbirdə iştirak etməyib.

Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə mükafatın düzgün verilədiyini deyərək, sözlərinə belə davam edib.

“Artıq 2-ci ildir ki, FİFA-nın qərarı narazılıqlara səbəb olur. Azarkeşlər və idmansevərlər arasında inamsızlıq var. Əksəriyyət Viniciusun olacağını düşnürdü. Mənim şəxsən fovoritim Carvajal və Kross idi. Amma heç biri olmadı. Mən seçimi düzgün hesab etmirəm. Azarkeşlər arasında belə narazılıqların olması, zaman-zaman mükafatın nüfuzunun düşməsinə səbəb olacaq”.

Bahar Rüstəm