Bakı, 16 oktyabr, Sporaz.tv
“Lyon“-un baş məşqçisi Pierre Sage, heyətdən kənarda qalan Wilfried Zaha ilə yaxşı görüş keçirdiyini bildirib.
Sporaz.tv məlumat verir ki, Fransa Liqa 1 komandası “Lyon”-un baş məşqçisi Pierre Sage heyətdən kənarda qalan Wilfried Zaha ilə bağlı son vəziyyəti bölüşüb.
Sage RMC Sport-da yayımlanan müsahibədə komandadan ayrılmaq qərarı ilə bağlı bunları deyib: “Ötən həftə qarşılaşdığımız problemlərlə bağlı onunla yaxşı söhbət etdik. Biz onu cəzalandırmaq xatirinə cəzalandırmadıq. Mən ona dedim ki, ondan nə gözlədiyimizdən xəbərdar olmalı və onunla niyə imza atdığımızı başa düşməlidir” – dedi Sage.
Pierre Sage əlavə olaraq: “Söhbət onun bacarıqlarında deyil, komanda ilə oyunundan gedir”. -sözlərini deyib.
Bu mövsüm “Galatasaray”-la 1 matçda forma geyinən Wilfried Zaha iki dəfə “Lyon”-un formasını geyinib. 31 yaşlı futbolçu bu mövsüm 3 matçda 1 məhsuldar ötürmə edib.