Bakı, 23 oktyabr, Sporaz.tv
Galatasaray (Qalatasaray)-da gözləntilərdən aşağı olan və Lyon (Lion)-a icarəyə verilən Wilfried Zahanın işləri yaxşı getmir.
Sporaz.tv xəbər verir ki, Lyon (Lion)-un baş məşqçisi Pierre Sage tərəfindən intizamsız davranışına görə heyətdən kənarlaşdırılan Zaha haqqında Fransada təəccüblü iddia irəli sürülüb.
Bildirilib ki, Lyon (Lion) mövsümün sonunu gözləmədən Zahanın icarə müqaviləsini ləğv edə bilər.
Zaha ilə bağlı yekun qərarın yaxın bir neçə həftə ərzində veriləcəyi bildirilib.
Wilfried Zaha, Lyon (Lion)-un heyətində cəmi 2 matçda iştirak edib. 76 dəqiqə meydanda qalan futbolçu, 1 məhsuldar ötürmə edib.