“Lyon” və “Beşiktaş” azarkeşləri arasında insident yaşanıb

Bakı, 25 oktyabr, Sporaz.tv

Dünən UEFA Avropa Liqasının III turu çərçivəsində keçirilən “Beşiktaş” “Lyon” (Lion) oyunun ardından azerkeşlər arasında dava düşüb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın “Lyon”u (Lion) 1:0 hesabı ilə məğlub etdiyi matçın ardından baş tutan davada fransız polisi aranı sakitləşdirmək üçün bibər qazından istifadə edib.

Polisin müdaxiləsindən sonra ara sakitləşib.