Bakı, 14 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın “Lyon“-a icarəyə verdiyi Wilfried Zahanın intizamsız davranışına görə heyətdən kənarlaşdırıldığı bildirilib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-dan icarə əsasında “Lyon”-a transfer olunduğu gündən problem yaşayan Wilfried Zaha üçün klubun rəsmi qərarı verdiyi bildirilib.
Fransa mətbuatı, “Lyon”-un baş məşqçisi Pierre Sage tərəfindən heyətə daxil edilməyən Wilfried Zaha və Gift Orbanın rəsmən heyətdən kənarda qaldığını açıqlayıb.
Son zamanlarda Wilfried Zaha və Gift Orban haqqında danışan Pierre Sage: “Oynamayan və ya az oynayanlara çox açıq bir mesajım var. O, onlara bir futbolçu kimi onları qiymətləndirməyin mənim üçün çətin olduğunu söyləyib”- dedi.
Sage sözlərinə davam edərək: “Peşəkarlığınız lazımi səviyyədə deyilsə, yenidən komandada olmaq üçün bir az daha vaxt lazımdır, çünki görürəm ki, hələ tələb etdiyim öhdəlik səviyyəsinə çatmayıblar. İlk növbədə, onlar bu səviyyəyə uyğunlaşmalıdırlar”.- deyə bildirib.
Zaha bu mövsüm “Lyon”-un heyətində 2 rəsmi oyun keçirib. Fil Dişi Sahilinin futbolçusu bu matçlarda 1 məhsuldar ötürmə edib.