Lukakudan “Cagliari”yə qarşı möhtəşəm performans

Bakı, 15 sentyabr, Sporaz.tv

Mövsümə “Verona“ya məğlubiyyətlə başlayan “Napoli“, “Cagliari“ni məğlub edərək ardıcıl 3-cü qələbəsini qazanıb. Yeni transfer Romelu Lukaku “mavi-ağlar”ın heyətində 1 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib.

Sporaz.tv xəbər verir ki, A Seriyasının 4-cü həftəsində “Unipol Domus” stadionunda “Cagliari” və “Napoli” komandaları qarşılaşıb.

Qonaq komanda 18-ci dəqiqədə Di Lorenzonun qolu ilə önə keçib. İlk hissə 1:0 hesabı ilə bitdiyi halda, Kvaratskhelia 66-cı dəqiqədə fərqi 2-yə çatdırıb. Lukaku 70-ci dəqiqədə fərqi 3-ə çatdırıb. Qarşılaşmada yekun nöqtəni 90+3-cü dəqiqədə fərqlənən Buongiorno qoyub.

Qarşılaşmada 74 dəqiqə meydanda olan Romelu Lukaku 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Mövsümə “Verona”da 3:0 hesablı məğlubiyyətlə başlayan “Napoli” ardıcıl 3-cü matçında qalib gələrək xallarını 9-a yüksəldib. “Cagliari” 2 xalda qalıb.

Bahar Rüstəm

Leave a Reply