Lukaku, “Cagliari” oyununda şou nümayiş etdirib

Bakı, 16 sentyabr, Sporaz.tv

Mövsümə “Verona“-a məğlubiyyət ilə başlayan “Napoli“, “Cagliari”-ni məğlub edərək ardıcıl 3-cü qələbəsini qazanıb. Yeni transfer Romelu Lukaku , mavi-ağların heyətində 1 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib.

Sporaz.tv məlumat verir ki, A Seriyasının 4-cü həftəsində “Unipol Domus” stadionunda “Cagliari” və “Napoli” komandaları qarşılaşıb.

Qonaq komanda 18-ci dəqiqədə Di Lorenzonun qolu ilə önə keçib. İlk hissə 1-0 hesabı ilə bitdiyi halda, Kvaratskhelia 66-cı dəqiqədə fərqi 2-yə çatdırıb. Lukaku, 70-ci dəqiqədə fərqi 3-ə çatdırıb. Qarşılaşmada yekun nöqtə 90+3-cü dəqiqədə fərqlənən Buongiorno olub.

Qarşılaşmada 74 dəqiqə meydanda olan Romelu Lukaku 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Mövsümə Veronada 3:0 hesablı məğlubiyyətlə başlayan “Napoli” ardıcıl 3-cü matçında qalib gələrək xallarını 9-a yüksəldib. “Cagliari” 2 xalda qalıb.

Leave a Reply