Luis Suarezdən təqaüd qərarı

Bakı, 3 sentyabr, Sporaz.tv

İnter Miami“də çıxış edən Luis Suares Paraqvay matçından sonra Uruqvay millisindən ayrılacağını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, MLS komandalarından biri olan “İnter Miami”də karyerasını davam etdirən Luis Suares Uruqvay millisi ilə vidalaşıb.

Təcrübəli hücumçu Uruqvayın Montevideo şəhərindəki “Centenario” stadionunda keçirdiyi mətbuat konfransında millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Suarez, 2026 Şimali Amerika FİFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində bu cümə günü Montevideoda Uruqvay Milli Komandası üçün Paraqvaya qarşı son oyununu keçirəcəyini söylədi.

Luis Suares Uruqvay milli komandasının tarixində ən çox qol vuran futbolçudur.

2007-ci ildə Uruqvay millisində debüt edən Suares 142 matçda millinin formasını geyinib.

Təcrübəli hücumçu bu matçlarda 69 qola imza atıb və milli ilə Copa America çempionluğunu qazanıb.

Bahar Rüstəm