“Lucas Paqueta” 10 il müddətində diskvalifikasiya oluna bilər

Bakı,25 may,Sporaz.tv

Braziliya millisinin və İngiltərənin “West Ham” komandasının futbolçusu “Lucas Paqueta”(Lukas Paketa) 10 il müddətində diskvalifikasiya oluna bilər.

Sporaz.tv xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin adı mərc qalmaqalında hallanır.

İddiaya görə, L.Paquetá oyun zamanı qəsdən sarı vərəqə alıb ki, bir neçə şəxs mərci qazana bilsin. İddia təsdiqini tapsa, oyunçu 10 il futboldan kənarlaşdırılacaq.

Qeyd edək ki, Lucas Paquetá” 2022-ci ildən “West Ham”də çıxış edir.

Mənbə: Azərtac