Luan Peresin transferində sürpriz

Bakı, 4 avqust, Sporaz.tv

Fenerbahçe“nin yeni mövsüm planları arasında olmayan Luan Peres yeni macəraya yelkən açmağa hazırlaşır. Luan Peresin ölkəsinə, Braziliyaya qayıtması mümkündür.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin 2022-23 mövsümünün əvvəlində “Marsel”dən 5,23 milyon avroya transfer etdiyi Luan Peres “sarı-göylülər”in gözləntilərindən aşağı olub.

“Fenerbahçe”də zədə səbəbindən 73 matçı buraxan Luan Peres Jose Mourinhonun 2024-25 mövsümü üçün planları arasında deyil.

Superliqadan gələn təklifləri rədd edən 30 yaşlı müdafiəçinin yeni gedəcəyi yer formalaşır.

Braziliya mətbuatında yer alan xəbərlərə görə, Luan Peresin transferi üçün “Santos”, “Palmeiras” və “Gremio” çox çalışır.

Türkiyə qəzeti Luan Peresin Santos ilə müqavilə imzalamaq üzrə olduğunu yazıb.

Xəbərdə təcrübəli müdafiəçinin keçmiş komandası “Santos”a gedəcəyi dəqiq olduğu qeyd edilib.

“Fenerbahçe”də ümumilikdə 23 matça çıxan Luan Peres 1708 dəqiqə meydanda qalıb.

30 yaşlı müdafiəçi “Fenerbahçe” ilə müqaviləsinin son ilinə qədəm qoyub.

Bahar Rüstəm