Luan Peres transferi başa çatıb

Bakı, 2 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin gözdən qaçırdığı Luan Peres, karyerasında yeni macəraya başlayır. Luan Pereslə bağlı yayılan xəbərlərdə transfer müddətinin başa çatdığı bildirilib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”(Fənərbaxça)-nin 2 il əvvəl “Marsilya“(Marsel)-dan 5,23 milyon avroya transfer etdiyi Luan Peres gözləntiləri heçdə yaxşı nəticə verməmişdi.

Zədəli olduğu üçün müntəzəm oynamaq şansı olmayan təcrübəli müdafiəçinin gedişi an məsələsidir.

“Fenerbahçe”-dən göndərilən Luan Peresə Superliqadan taliblər olsa da, futbolçunun ölkəsinə dönəcəyi bildirilirdi.

Braziliya mətbuatında çıxan xəbərlərdə 30 yaşlı müdafiəçinin Vasco da Gama ilə görüşdüyü bildirilirdi.

Xəbər detalında: “Rio komandası, Fenerbahçenin müdafiəçisi Luan Peresi heyətinə qatmağa çox yaxındır” -ifadəsi diqqət çəkib.

Qeyd olunub ki, braziliyalı futbolçunun bu həftə Rio-de-Janeiroya gələcəyi gözlənilir. 30 yaşlı Luan Peres, “Fenerbahçe” ilə müqaviləsinin son ilinə qədəm qoyub.