“Los-Anceles Galaksi” klubu rekorda imza atıb

Bakı, 25 avqust, Sporaz.tv

ABŞ-nin “Los-Anceles Galaksi” klubu rekorda imza atıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, ölkə çempionatında “Atlanta United”lə qarşılaşan Los-Anceles klubu 2:0 hesablı qələbə qazanıb.

Bu, komandanın 400-cü qələbəsi olub. Eyni zamanda MLS tarixində 400 qələbə həddinə çatan ilk klub olub.

Qeyd edək ki, Los-Anceles təmsilçisi həm də bir mövsüm ərzində oyunlarına 10 milyon tamaşaçı qatılan ilk MLS komandası kimi də tarixə düşüb.