“Liverpool”dan Arda Gülerə 70 milyon avro!

Bakı, 13 sentyabr, Sporaz.tv

İngiltərə nəhəngi “Liverpool” türk ulduz Arda Güler ​​üçün 70 milyon avroluq təklif etməyə hazırlaşır.

Sporaz.tv xəbər verir ki, “Defensa Central” xəbərinə görə; Kubonu “Real Sociedad”dan 60 milyon avroya transfer etmək istəyən, lakin uğursuzluğa düçar olan “Liverpool” Güleri fasilədə və ya gələn mövsümdən əvvəl transfer etmək istəyir.

Xəbərlərdə o da bildirilirdi ki, Madrid rəhbərliyi 19 yaşlı futbolçunun həm indiki vəziyyətdə, həm də gələcəkdə böyük potensiala malik olduğuna inandıqları üçün onu itirmək fikrində deyil.

Xəbərdə Gülerlə bağlı “Ardanın yarımmüdafiəçi, hücumda yarımmüdafiəçi və ya sağ cinah oyunçusu kimi oynaya biləcək fərqli bir istedadı var” deyilir.

Bahar Rüstəm

Leave a Reply