Bakı, 2 oktyabr, Sporaz.tv
“Liverpool“(Liverpull) Çempionlar Liqasının ikinci həftəsində “Anfield”(Enfild)-də “Bologna“-nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə İngiltərə komandası, Nəhənglər Liqasında ikinci qələbəsini qazanıb.
Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının ikinci həftəsində “Anfield”-də “Liverpool” və “Bologna” üz-üzə gəlib. Qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmada “Liverpool”-un futbolçusu Mac Allister, 11-ci dəqiqədə Salahın ötürməsi ilə topu tora göndərib. Qalan dəqiqələrdə daha qol olmadığından “Liverpool” ilk yarını öndə bitirib.
Matçın 75-ci dəqiqəsində ilk qola assistentlik edən Salah bu dəfə fərqlənən futbolçu olub. Qarşılaşmanın hesabını müəyyən edən qolu misirli ulduz vurub və “Liverpool” meydanı 3 xalla tərk edib. Bu qələbə ilə “Liverpool”, Çempionlar Liqasında 2 xaldan 2-yə yüksəlib. “Bologna” 1 xalda qalıb.