Livakovicdən bir ilk

Bakı, 26 sentyabr, Sporaz.tv

Dominic Livakovic UEFA Avropa Liqasında “Union Saint-Gilloise“ı 2-1 məğlub edən “Fenerbahçe“də göstərdiyi performansla diqqət çəkib. Xorvat qapıçı “Fenerbahçe” üçün 2019-cu ildən sonra avrokuboklarda yeni bir zirvə qoydu.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasında “Fenerbahçe” mövsümün ilk matçını “Union Saint-Gilloise” ilə keçirib.

Qarşılaşmada sarı-göylülər 2:1 hesabı ilə qalib gəlsə də, Dominic Livakovicin effektiv çıxışı mümkün xal itkisinin qarşısını alıb.

Opta məlumatlarına görə, matçda penaltini dəf edən Livakovic, 2019-cu ildə Harun Tekindən sonra “Fenerbahçe” forması ilə avrokubok matçında penalti qazanan ilk qapıçı oldu.

Digər tərəfdən, Livakovic matçı 5 seyvlə tamamladı və qapısına sözün əsl mənasında divar hördü.

Bahar Rüstəm

Leave a Reply