Livakoviçdəki böyük dəyişikliyin səbəbi məlum olub

Bakı , 29 aprel , Sporaz.tv

Mövsümün əvvəlində Fenerbahçe(Fənərbaxça)da buraxdığı qollara görə tənqid olunan Dominik Livakoviç “Dinamo Zaqreb”dən məşqçisi olan Zufiçin “sarı-laciverdliler” heyətinə qatılması ilə tamam başqa kimliyə bürünüb.

Sporaz.tv xəbər verir ki ,”Fenerbahçe”(Fənərbaxça)nın mövsümün əvvəlində “Dinamo Zaqreb”dən heyətinə qatdığı Dominik Livakoviç çıxışı ilə böyük müzakirələrə səbəb olub. Ancaq xorvatiyalı qapıçı Sandro Zufiç “Fenerbahçe”(fənərbaxça)ya keçdikdən sonra hər şey dəyişdi.

Mövsümə “Tokatspor”dan “Fenerbahçe”(Fənərbaxça)ya gətirilən qapıçı məşqçisi Haluk Kaplanla başlayan Dominik Livakoviç buraxdığı səhv qollara görə çox tənqid olunub. (Fənərbaxça) rəhbərliyi bununla bağlı hərəkətə keçib və fevral ayında Livakoviçin “Dinamo Zaqreb”də birlikdə çalışdığı qapıçı məşqçisi Sandro Zufiçi icarəyə götürüb.

Zufiçlə işləməyə başladıqdan sonra tamamilə fərqli bir şəxsiyyətə bürünən Livakoviç performansını xeyli artırdı. Xorvat əlcəyi xüsusilə “Fatih Karagümrük” və “Olimpiakos”la revanş matçında yüksək səviyyəli performans nümayiş etdirib. Livakoviç son vaxtlar “Beşiktaş” derbisində təsirli oyun nümayiş etdirib və “Fenerbahçe”(Fənərbaxça)nın qələbəsində pay sahibi olub.

Bahar Rüstəm