Livakovic və Szymanski məşqdə

Bakı, 8 iyul, Sporaz.tv

Avstriyada yeni mövsümün hazırlıqlarını davam etdirən “Fenerbahçe” məşqə milli komandalardan qayıdan Dominik LivakovicSebastyan Syzmanski də qatılıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” yeni mövsüm hazırlıqlarını məşqlə davam etdirib.

Avstriyanın Graz şəhərinin Bad Waltersdorf qəsəbəsində baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında keçirilən və ilk yarım saatı mətbuat mənsublarına açıq olan “sarı-göylü” komandanın məşqi isti-istiliklə başlayıb.
Məşq mətbuata açıq hissədə koordinasiya fəaliyyəti və topla taktiki məşqlə davam edib.

Milli komandalardan qayıdan Dominik Livakovic və Sebastian Szymanski də məşqdə olub.

“Fenerbahçe” axşam saatlarında günün ikinci məşqi ilə hazırlıqlarını davam etdirəcək.
Oyunçular İsveçrə liqasında oynanan toplarla məşq edirlər.

“Fenerbahçe”, baş məşqçi Mourinhonun istəyi ilə düşərgəsində İsveçrə liqasında oynadığı toplarla işlərini davam etdirir.

“Sarı-göylər” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də İsveçrə təmsilçisi “Lugano” ilə səfərdə qarşılaşacaq.

Bahar Rüstəm