Bakı, 10 noyabr, Sporaz.tv
Misli Premyer Liqasının XIII turunda “Turan-Tovuz” səfərdə “Səbail”in qonağı olub.
Sporaz.tv xəbər verir ki, 1-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Turan-Tovuz”un kapitanı Samir Abdullayev oyunla bağlı təəssüratlarını bölüşüb:
-Oyun haqqında düşüncələriniz?
-Oyuna qəbələ üçün çıxmışdıq. Bütün fikrimiz qələbə idi. 3 gündür hazırlaşırdıq. Məşqçimizin dediklərini etməyə çalışırdıq. Dediklərini oyunda tətbiq etməyə çalışdıq. Demək olar ki, hamısınə etdik. Amma təəssüflər olsun ki, bu gün qələbə qismət olmadı. İnşaallah gələn oyunlarda.
-Liqa başlayandan bu yana sadəcə 2 matçda qələbə qazana bilmisiz. Bu zəifləmənin səbəbini nədə görürsüz?
-Bir çox oyunlarda həqiqətən üstün tərəf biz oluruq, amma şans bizim tərəfimizdə olmur. Boş qollar buraxırıq. Hələ ki, liqada uzun bir marafon var. İnanıram ki, bundan sonra bizim üçün daha yaxşı olacaq.
-Növbəti oyun “Qarabağ”a qarşı olacaq. Çətin rəqibdir. Sizcə, qələbə qazanma şansınız var mı?
-“Qarabağ” çempionatın ən yaxşısıdır. Ona görə də bu matçı unudub, növbəti oyuna köklənməliyik. Daha yaxşı çalışıb, xal qazana bilərik.
Bahar Rüstəm