Liqa 1-də çempion PSG

Bakı, 29 aprel, Sporaz.tv

Liqa 1də lider Paris Saint-Germain (PSG) “Monako”nun “Olimpik Lyon”a 3:2 hesabı ilə uduzmasından sonra 3 həftə qalmış çempionluğunu elan etdi. Paris komandası ardıcıl 3-cü dəfə 12-ci çempionluğunu qazanıb.

Sporaz.tv  xəbər verir ki, UEFA Çempionlar Liqasında birbaşa iştirak etmək üçün mübarizə aparan “Lill” Yusuf Yazıcının qolu ilə səfərdə “Metz”dən 3 xalla ayrılıb.

Metzin 23-cü dəqiqədə Georges Mikautadzenin penalti qolu ilə önə keçdiyi matçda “Lill”ə qələbə qazandıran qolları 31-ci dəqiqədə İsmayıllı, 44-cü dəqiqədə isə milli futbolçu Yusuf Yazıcı vurub.

“Brest” səfərdə “Renn”ə 5:4, “Nitsa” isə “Strasburq”a 3:1 hesabı ilə qalib gəlib.

Liqada 31-ci həftədən sonra PSG 70 xalla çempionluğunu elan edib. “Monako” 58 xalla ikinci, “Brest” 56 xalla üçüncü, “Lill” 55 xalla dördüncüdür.

Vüqar Alışov