Lionel Messiyə 45-ci kuboku təqdim etmək üçün xüsusi mərasim keçirilib

Bakı, 21 iyul, Sporaz.tv

MLS komandalarından biri olan “İnter MiamiCopa America çempionatı ilə karyerasının 45-ci kubokunu qazanan Lionel Messi üçün xüsusi mərasim təşkil edib.

Sporaz.tv məlumat verir ki, MLS-in adi mövsüm matçında “İnter Miami” “Chicago Fire“i 2:1 hesabı ilə məğlub edib. Bu matçdan əvvəl komandanın ulduz adı Lionel Messi üçün xüsusi mərasim keçirilib.

Klubun sahiblərindən olan Jorge Mas Lionel Messiyə karyerası boyu qazandığı kubokların yer aldığı cədvəl hədiyyə edib.

Argentina millisi ilə Amerika kubokunda ardıcıl ikinci çempionluğunu qazanan Lionel Messi karyerasında 45-ci kubokunu qazanıb.

“İnter Miami”dəki ilk mövsümündə çempionluğun dadını çıxaran argentinalı ulduz ən çox kuboku “Barcelona”da qazanıb.

Argentina Amerika kubokunun 2024-cü il finalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub etdi.