Lionel Messinin səhhətinin son vəziyyəti

Bakı, 17 iyul, Sporaz.tv

İnter Miami” Amerika Kubokunun finalında zədələnən Lionel Messinin səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib. Ulduz futbolçunun sağ topuq bağında zədə aşkarlandığı bildirilib.

Sporaz.tv xəbər verir ki, tibbi müayinələrdən sonra Messinin müalicəsinə başlanıldığı bildirilib.

Argentinalı ulduzun nə vaxt meydana qayıdacağına müalicə prosesi zamanı aydınlıq gələcək.

Argentinanın qalib gəldiyi Copa America finalının 66-cı dəqiqəsində Messi zədələnərək oyundan kənarlaşdırılıb.