Lionel Messidən 2 rekord

Bakı , 5 may , Sporaz.tv

MLS-də “İnter Mayami” “Nyu York Red Bulls”u 6:2 hesabı ilə məğlub edib. Qarşılaşmanı 1 qol və 5 məhsuldar ötürmə ilə tamamlayan Messi MLS-də iki rekord qırıb.

Sporaz.tv xəbər verir ki ,”İnter Mayami” “Nyu York Red Bulls”a fərqli qalib gəlib.

MLS-də Şərq Konfransında 1-ci pillədə qərarlaşan “İnter Mayami” rəqibini 6-2 hesabı ilə məğlub edərək xalını 24-ə çatdırıb.

“İnter Mayami”nin qollarını Matias Roxas (2), Lionel Messi və Luis Suares (3) vurub. Nyu York Red Bullun qollarını Dante Vanzeir və Emil Forsberq vurub.

Lionel Messi İnter Mayamidə matçı 1 qol və 5 məhsuldar ötürmə ilə başa vurub.

Argentinalı ulduz bu mövsüm vurduğu qolların sayını 12-yə, ötürmələrinin sayını isə 11-ə çatdırıb.

New York Red Bull ilə qarşılaşma ilə Messi MLS-də bir matçda ən çox qol vuran və ən çox məhsuldar ötürmə edən oyunçu oldu.

Lionel Messi liqada keçirilən son 5 matçın hamısında qol vurub.

Təcrübəli futbolçu 5 matçda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Vüqar Alışov