Bakı, 16 oktyabr, Sporaz.tv
Argentina, DÇ-2026-nın CONMEBOL seçmə mərhələsində Boliviyaya qalib gəlib.
Sporaz.tv xəbər verir ki, Lionel Messinin 3 qol və 2 məhsuldar ötürmə ilə çıxış etdiyi matçda Argentina Boliviyanı 6:0 hesabı ilə məğlub edib.
İlk hissədə 3-0 öndə olan və 6-0 qalib gələn Argentina, liderliyini davam etdirib və Messi xalını 22-yə yüksəldib.
Meydan sahiblərinin digər qollarını Lautaro Martinez, Julian Alvarez və Thiago Almada vurub.
Matçdan sonra açıqlama verən Lionel Messi karyerası ilə bağlı qərar vermədiyini bildirib:
“Gələcəyim üçün bir tarix təyin etməmişəm. Burada olduğum üçün hər zamankindən daha çox həyəcanlıyam. Çünki burada son oyunlarım olduğunu bilirəm. Ümid edirəm ki, belə davam edib, ili yaxşı başa vura bilərəm. Azarkeşlərin sevgisini hiss edərək bura gəlmək çox gözəldir. Aramızdakı bağ əladır, biz burada oynamağı sevirik.”