Lionel Messi “İnter Miami” klubunda növbəti qolunu vurub

Bakı, 30 may, Sporaz.tv

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ABŞ-nin “İnter Miami (İnter Mayami)” klubunda növbəti qolunu vurub.

Yerli media xəbər verir ki, təcrübəli hücumçu “Atlanta United (Atlanta Yunayted)”ə 1:3 hesabı ilə uduzduqları matçda fərqlənib.

Beləliklə, forvard cari mövsüm MLS-də 11-ci qoluna imza atıb.

Qeyd edək ki, “İnter Miami (İnter Mayami)” hazırda 34 xalla turnir cədvəlinə başçılıq edir.

Mənbə:Report.az