“Lille”nin Kerem Aktürkoğlu sevgisi!

Bakı, 17 iyun, Sporaz.tv

Fransa Liqa 1 təmsilçisi “LilleGalatasaray (Qalatasaray)-ın ulduzu Kerem Aktürkoğlunun yerinə keçib.

Sporaz.tv xəbər verir ki, Fransa klubu AVRO-2024-dən sonra cinah oyunçusu ilə müqavilə imzalamaq üçün əlindən gələni edəcək.

Ötən mövsüm Galatasaray (Qalatasaray)-ın heyətində bütün yarışlarda ümumilikdə 54 matça çıxan Kerem Aktürkoğlu, bu 54 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə edib. Zaman-zaman “Galatasaray” azarkeşlərinin etirazına məruz qalan 25 yaşlı ulduzun sarı-qırmızılı komandadan ayrılmaq istədiyi məlum olub.