“Lille”də 4 əksik futbolçu rəsmən açıqlandı

Bakı, 12 avqust, Sporaz.tv

“Lille(Lill)-in köməkçi məşqçisi Dimitri Farbos, sabah keçiriləcək “Fenerbahçe”(Fənərbaxça) matçında 4 futbolçusunun heyətdə olmayacağını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, Fenerbahçe Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında sabah “Lill”i qəbul edəcək.

“Fenerbahçe” ilk matçda səfərdə 2:1 hesabı ilə uduzduğu halda, Fransa yığmasından 4 futbolçu sabahkı matçda meydana çıxa bilməyəcək.

“Lill”in baş məşqçisinin köməkçisi Dimitri Farbos, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Fenerbahçe” matçı öncəsi mühüm açıqlamalar verib.

İsmayılın yenidən heyətə qayıtdığını bildirən Farbos, matçın heyətində 4 futbolçunun olmayacağını açıqlayıb.

Açıqlamaya görə, Nabil Bentaleb, Akim Zedadka, Ayyoub Bouaddi və Samuel Umtiti “Fenerbahçe” matçında meydana çıxa bilməyəcək.