“Lille” ilə matç öncəsi “Fenerbahçe”nin heyətində iki dəyişiklik

Bakı, 2 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)”, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lille” ilə qarşılaşacaqları oyun öncəsi heyətində dəyişiklik edib.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fransanın “Lille” komandası ilə qarşılaşan “Fenerbahçe”, bu tur öncəsi UEFA-ya bildirdiyi heyətdə iki dəyişiklik edib.

Sarı-göylülər heyətində zədəli olan Fred və Ryan Kent heyətdən çıxarılıb, Miha Zajc və yeni transfer Youssef En-Nesyri isə heyətdə yer alıb.

“Fenerbahçe” ilk matçını 6 avqust çərşənbə axşamı “Lille” ilə səfərdə keçirəcək. Cavab matçı çərşənbə axşamı, avqustun 13-də Ülkər Stadionunda olacaq.