Bakı, 6 oktyabr, Sporaz.tv
İspaniya La Liqasının 9-cu turunda “Alaves” və “Barcelona” üz-üzə gəlib. Robert Lewandowskinin ilk hissədə hat-trick etdiyi matçda “Barcelona” 3:0 hesabı ilə qalib gəlib.
Sporaz.tv xəbər verir ki, İspaniya La Ligasının 9-cu turunda “Barcelona” səfərdə “Alaves”lə qarşılaşıb. Robert Lewandowski 25 dəqiqədə hat-trick edərək (7, 22, 32) matçı möhürlədi.
Polşalı hücumçunun qiraəti ilə ilk hissəni 3-0 öndə tamamlayan “Barcelona” bu hesabla matçda qalib gəlməyi bacarıb.
9 həftə ərzində 8-ci qələbəsini qazanan “Barcelona” 24 xalla liderliyini davam etdirib. “Alaves” 10 xalda qalıb.
“Barcelona” gələn həftə liqada “Sevilla”nı qəbul edəcək. “Alaves” “Valladolid”in qonağı olacaq.
Bahar Rüstəm