“Leverkusen”i məhv edən Lookman: “Biz tarix yazdıq”

Bakı,23 may,Sporaz.tv

UEFA Avropa Liqasının finalında “Atalanta” Ademola Lookmanın qolları ilə 51 matçlıq məğlubiyyətsizlik seriyası olan “Bayer Leverkusen“i 3:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki,İtaliya yığması tarixində ilk dəfə Avropa kubokunu qazanıb.

“Atalanta”nın qollarını vuraraq,komandasına çempionluq qazandıran Ademola Lookman, həmin günü belə şərh edib:

“Həyatımın ən yaxşı gecələrindən biri idi. Komanda olaraq inanılmaz bir performans göstərdik. Fantastik iş gördük. Mən qələbə qazandığımız üçün çox xoşbəxtəm”.

“Atalanta”nın baş məşqçisi Qasperini,matçdan sonra medyaya açıqlama verib. Açıqlamasında, qələbə sevincini bu sözlərlə ifadə edib:

“Düşünürəm ki, tarix yazdıq. Bu, qeyri-adi bir şeydir… Biz “Liverpul”u və Portuqaliya çempionu “Sporting“i məğlub etdik. “Liverpul“u Premyer Liqa lideri olanda, mübarizədən kənarlaşdırdıq. İndi Almaniya çempionunu məğlub etdik! Bu uşaqlar inanılmazdır. Həmişə xatırlanacaq bir matç olacaq”.