“Leverkusen”i məhv edən adam:Ademola Lookman

Bakı,24 may,Sporaz.tv

Hər fironun bir Musası var. “Leverkusen“-in Musası da Adamola Lookmandır.

“Leverkusen”in 52 matçlıq məğlubiyyətsizlik seriyası və Bundesliqa çempionluğu ilə keçən yuxu kimi sezonuna Lookman kabus kimi çökdü.

Avropa Liqası finalının qəhrəmanı, Londonda Nigeriyalı bir ailənin uşağı olaraq dünyaya gəldi. 17 yaşında qoşulduğu “Charlton” alt liqasında qol rekordları qırdı. “Everton” 9 milyon avroya transfer etdi. Son dəqiqə oyuna girdiyi ilk Premyer Liqa matçında City (Siti)-yə qol atsa da burdakı günləri yaxşı keçmədi. Transfer olduğu “Leipzig” 18 milyon avroya bonservisini alıb, onu ehtiyat hissəyə həbs etdi. Fulhamdakı kiralıq günlərindən sonra “Leicester“də 8 qol, 5 məhsuldar ötürmə etdi.

Gözdən düşən, davamlı kiralanan gənc adamın bir dərmana ehtiyacı var idi. Resept Gasperinin “Atalanta”-sı idi.

Sadəcə 9 milyon avroya transfer olduğu İtaliyada, ilk sezonunda 15 qol atdı. Bu il isə karyerasının ən yaxşı günlərini yaşayır.

Atalanta 3-5-2-sinin hücumda əsas ayağı, sezonu 15 qol, 8 məhsuldar ötürmə ilə tamamladı. Avropa Liqası finalında hat trick edən ilk futbolçu kimi, Bergamo şəhərinin yeni qəhrəmanı oldu.

Bahar Rüstəm