Leon Marchand, Michael Phelpsin rekordunu qırıb

Bakı, 29 iyul, Sporaz.tv

Paris 2024 Olimpiya Oyunlarında bu gün keçirilən üzgüçülük yarışlarında olimpiya rekordu yenilənib.

Sporaz.tv məlumat verir ki, Parisdəki La Defense Arenada keçirilən yarışlarda kişilər arasında 400 metrə qarışıq, kişilər arasında 100 metr məsafəyə brass və qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarında finallar keçirilib.

Kişilər arasında 400 metr məsafəyə qarmaqarışıq üzgüçülük yarışlarında son dünya rekordçusu olan fransız üzgüçü “Leon Marchand”(Leon Marşand), 4.02.95 göstəricisi ilə o, 15 il 11 ay 18 gün ərzində “Michael Phelps”(Maykl Felpsin) (4.03.84) sahib olduğu Olimpiya rekordunu qıra bildi.

Bu intizamda “Tomoyuki Matsushita”(Tomoyuki Matsuşita) 4.08.62 göstərici ilə ikinci, amerikalı Carson Foster isə 4.08.66 göstərici ilə üçüncü olub.

Kişilər arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışının finalında maraqlı hadisə yaşanıb. İtaliyalı “Nicolo Martinenghi”(Nikolo Martinenqi) 59,03 nəticə ilə qızıl medal qazanarkən, sonuncu dünya və olimpiya rekordçusu britaniyalı Adam Peaty və amerikalı Nic Fink 59,05 nəticə ilə gümüş medal qazanıblar.

Qadınlar arasında 100 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışlarında ABŞ təmsilçisi Torri Huske 55.59 nəticə ilə qızıl, yarımfinalda olimpiya rekordunu yeniləyən “Gretchen Walsh”(Qretçen Uolş) 55,63 nəticə ilə gümüş, çinli “Yufei Zhang”(Yufei Zhang) 56,21 nəticə ilə bürünc medal qazanıb.